IMG-LOGO

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

15 May 2026 11:36 2 baxış
IMG

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 27-29-da baş tutacaq tədbir Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə gerçəkləşəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi olan forumun əsası 2011-ci ildə qoyulub və bu il tədbirin 15 illiyi qeyd olunur.

Bakı Prosesi və onun çərçivəsində keçirilən forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqi sahəsində aparıcı qlobal platforma kimi tanınır.

Xəbər lenti