IMG-LOGO

Cəlal Hüseynov mövsümün sonunda Bolqarıstanın "Arda" klubunu tərk etmək qərarına gəlib

15 May 2026 16:45 4 baxış
IMG

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov mövsümün sonunda Bolqarıstanın "Arda" klubundan ayrılmaq qərarına gəlib.

Müdafiəçi bunu "Report"a müsahibəsində bildirib.

O, daha güclü liqalarda oynamağı hədəfləyib:

"Hazırkı klubumdan yeni müqavilə təklifi almışam, lakin hələ razılıq əldə olunmayıb. Şəxsən özüm ayrılmaq istəyirəm. Hesab edirəm ki, buradakı işim bitib və artıq daha güclü liqalarda oynamağa hazıram. İnkişafımı davam etdirə biləcəyim bir ölkəyə yollanmaq niyyətindəyəm".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Xəbər lenti