IMG-LOGO

Süni intellekt sizi işdə əvəz edə bilərmi? - Maraqlı ARAŞDIRMA

15 May 2026 18:14 3 baxış
IMG
2 0

Cəsarətli proqnozlara baxmayaraq, süni intellekt hələlik insan əməkdaşların tam əvəzləyicisi rolunu yerinə yetirə bilmir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Meta kimi nəhəng şirkətlərdə həyata keçirilən genişmiqyaslı ixtisarlar biznes göstəricilərində ciddi irəliləyiş yaratmayıb.

Araşdırmalar zamanı məlum olub ki, bir çox şirkət süni intellekti hələlik kiçik miqyasda sınaqdan keçirir və bu proses real investisiya gəlirliliyindən çox uzaqdır.

Ötən ilin təcrübəsi də göstərib ki, süni intellektin tətbiqi əksər hallarda şirkətlərə gözlənilən sürətli gəlir artımını qazandırmır.

Şirkətlər hələ tam əvəz edə bilməyən texnologiyalar uğrunda illərlə formalaşmış korporativ biliklərdən imtina edirlər.

Ən uğurlu nəticələri isə süni intellekti insanın yerinə deyil, onun imkanlarını artıran vasitə kimi istifadə edən şirkətlər əldə edir.

İşçilərə məhsuldarlığı artıran ağıllı alətlər təqdim etmək tam avtomatlaşdırmadan daha effektiv nəticə verir.  

texno süni intellekt insan əməkdaşları əvəzləyə bilər

Xəbər lenti