IMG-LOGO

Premyer Liqanın XXXII turunda "Qəbələ" "Karvan-Yevlax"ı məğlub edib

15 May 2026 18:54 2 baxış
IMG

Misli Premyer Liqasının XXXII turunda "Qəbələ" - "Karvan-Yevlax"ı məğlub edib.

"Report" xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərindən 54-cü dəqiqədə Olavale Doyeni fərqlənib. "Qəbələ"nin heyətində isə İbrahim Sanqare (56) və Domi Massumo (67) rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Qəbələ" 24 xalla 11-ci yerdədir. 14 xala malik Yevlax təmsilçisi isə sonuncu - 12-cidir.

Qeyd edək ki, XXXII tura mayın 17-də yekun vurulacaq.

Xəbər lenti