IMG-LOGO

"Şəfa" Premyer Liqaya vəsiqə qazandı

15 May 2026 19:35 4 baxış
IMG
2 0

Bu gün Azərbaycan I Liqasında 26-cı tura yekun vurulub.

Apasport.az xəbər verir ki, lider “Şəfa” “Cəbrayıl”ı qəbul edib.

"Şəfa" bu oyunda qalib gələcəyi, yaxud ən yaxın izləyicisi “Səbail”in xal itirəcəyi təqdirdə sona bir tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Komanda işi şansa buraxmayıb.

Bakı təmsilçisi evdə qalib gələrək I Liqanın çempionu olub. Bununla da, komanda Premyer Liqaya vəsiqə qazanıb.

15 may (cümə)

Azərbaycan I Liqası

XXVI tur

17:00.“Mingəçevir” – MOİK 3:1

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

17:00.“Səbail” – “Şahdağ Qusar” 0:0

“Bayıl Arena”

17:00.“Baku Sportinq” – “Zaqatala” 3:0

Buzovna qəsəbə stadionu

17:00.“Şəfa” – “Cəbrayıl” 1:0

Binə qəsəbə stadionu

İdman xəbərləri

Xəbər lenti