IMG-LOGO

Avropa ölkələri Hörmüzün blokadasına görə dərman çatışmazlığı ilə üzləşə bilər

15 May 2026 23:49 4 baxış
IMG

Avropa ölkələri İran ətrafında gərginliyin artması və Hörmüz boğazının blokadası səbəbindən dərman qıtlığı ilə üzləşə bilər.

"Report" "La Tribune" qəzetinə istinadən xəbər verir ki, bu, əczaçılıq sənayesində tədarük zəncirlərinin pozulması ilə əlaqədardır, belə ki, Avropa bu sahədə 80 % Çin və Hindistandan asılıdır, həmin ölkələrdə də neft və qaz qiymətlərinin artması səbəbindən sənayedə sabitlik pozulub.

Yaxın Şərqdə və Asiyada aviasiya marşrutlarının ləngiməsi də vəziyyətə mənfi təsir göstərir.

"Başqa çatdırılma imkanları da mövcuddur, lakin onların dəyəri daha yüksəkdir, bir sıra maddələrin tədarük zəncirləri isə o qədər mürəkkəbdir ki, bu, tədricən qıtlığa səbəb ola bilər", - deyə "CEPII" iqtisadi tədqiqatlar mərkəzinin nümayəndəsi Dəniz Ünal qeyd edib.

Bundan əlavə, nəşr bildirib ki, aralarında etilen, karbamid və parafinin də olduğu bir çox komponentlər birbaşa Fars körfəzi ölkələrindən daxil olur.

"Coface" sığorta şirkətinin məlumatına görə, ilk növbədə, parasetamol və bir sıra antibiotiklər təhlükə altındadır.

Daha əvvəl "Le Parisien" qəzeti Tikinti Sahəsi Kiçik Müəssisələri Konfederasiyasına istinadən xəbər vermişdi ki, İran ətrafındakı vəziyyətlə əlaqədar Fransada tikinti materiallarının qiymətləri əhəmiyyətli dərəcədə artıb.

Xəbər lenti