IMG-LOGO

Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib

16 May 2026 09:18 4 baxış
IMG

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun baş məşqçisi Jorji Jezuş mövsümün sonunda komandanı tərk edəcək.

"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis klubla müqaviləsinin müddətini uzatmaq barədə danışıqlara başlamamaq qərarına gəlib.

Təcrübəli baş məşqçinin gələcəkdə Portuqaliya millisinə rəhbərlik etmək niyyətində olduğu bildirilir.

Qeyd edək ki, J.Jezuş 2025-ci ildən "Əl-Nəsr"in baş məşqçisidir.

Xəbər lenti