IMG-LOGO

Bu dərmanı içən 20 nəfər öldü: araşdırma BAŞLANDI

16 May 2026 11:44 3 baxış
IMG
2 0

“Kissei Pharmaceutical” adlı Yaponiya əczaçılıq şirkəti vaskulitin müalicəsi üçün istifadə olunan “Tabneos” preparatını qəbul edən pasiyentlər arasında bir sıra ölüm hallarını rəsmi şəkildə təsdiqləyib.

Lent.az xəbər verir ki, “Nikkei” qəzetinin məlumatına görə, müalicəyə başladıqdan sonra ümumilikdə təxminən 20 nəfər həyatını itirib. Postmarketinq müşahidələri zamanı isə 22 pasiyentdə öd yollarının yox olması sindromu inkişaf edib və onların 13-ü ölümlə nəticələnib. 

Ölümcül təhlükə ilə əlaqədar şirkət tibb müəssisələrini preparatı yeni xəstələrə təyin etməyi dərhal dayandırmağa çağırıb. Artıq müalicə alan şəxslərlə bağlı isə ağır qaraciyər zədələnməsi riskinin həkimlər tərəfindən birgə qiymətləndirilməsini tövsiyə edib.

Hazırda pasiyentlərin ölümü ilə preparatın təsiri arasında səbəb-nəticə əlaqəsinin olub-olmaması araşdırılır.

Vəziyyəti daha da ağırlaşdıran məqam isə odur ki, ABŞ-ın “Food and Drug Administration” (FDA) hələ mart ayında preparatın ciddi hepatotoksik təsiri barədə xəbərdarlıq edib. Apreldə isə qurum preparatın effektivliyinin sübut olunmaması və klinik məlumatların saxtalaşdırılması şübhələri səbəbindən qeydiyyatının geri çağırılması prosesinə başlayıb. Paralel araşdırma “European Medicines Agency” tərəfindən də aparılır.

Hadisələr ölüm zəhərlənmə dərman dünyadan xəbərlər

Xəbər lenti