ABŞ və Nigeriya hərbçiləri İŞİD-in ikinci ən nüfuzlu lideri hesab edilən Əbu Bilal əl-Maynakini məhv ediblər.
Lent.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump “Truth Social” sosial şəbəkəsində bildirib.
“Əbu Bilal əl-Maynaki düşünürdü ki, Afrikada gizlənə biləcək. Amma o bilmirdi ki, onun hərəkətləri barədə bizi məlumatlandıran mənbələrimiz var”, — deyə Tramp yazıb.
ABŞ prezidenti əlavə edib ki, o, artıq Afrika sakinlərinə terror edə və amerikalılara qarşı əməliyyatların planlaşdırılmasında iştirak edə bilməyəcək.
dünyadan xəbərlər İŞİD Tramp ABŞ terror