IMG-LOGO

Pyatiqorskda YDM-də qaz tankeri partlayıb, iki nəfər xəsarət alıb

16 May 2026 14:54 2 baxış
IMG

Rusiyanın Pyatiqorsk şəhərində yanacaqdoldurma məntəqəsində (YDM) qaz tankerinin boşaldılması zamanı partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti şəhər rəhbəri Dmitri Voroşilova istinadən məlumat yayıb.

"Qaz tankerinin boşaldılması zamanı partlayış və ardınca yanğın baş verib. Bütün qüvvə və vasitələr vəziyyətin həlli üçün səfərbər edilib. Mən də hadisə yerindəyəm", - o qeyd edib.

Bildirilib ki, partlayış pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı deyil.

Ehtimal olunur ki, partlayışın səbəbi təhlükəsizlik texnikasının pozulması olub.

Stavropol diyarı hökumətinin rəhbəri Vladimir Vladimirov öz növbəsində bildirib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Xəbər lenti