Niderlandın "Ayaks" klubu "Barselona"ya (İspaniya) məxsus olan qapıçı Mark-Andre ter Ştegeni transfer etmək niyyətindədir.
"Report" "Voetbal International"a istinadən xəbər verir ki, 34 yaşlı almaniyalı qolkiper yanvar ayından icarə əsasında "Jirona"da çıxış edir.
Amsterdam təmsilçisi "Barselona"nın icarə əsasında "Elçe"də oynayan digər qapıçısı İnyaki Penyanı da yaxından izləyir.
Xatırladaq ki, Ter Ştegen yanvar ayından bəri dizaltı vətər zədəsindən bərpa olunmaqla məşğuldur. Onun "Barselona" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 4 milyon avro qiymətləndirir.
İ.Penyanın klubla müqaviləsinin müddəti isə 2029-cu ilin yayına qədər nəzərdə tutulub. 27 yaşlı ispan qapıçının dəyəri sözügedən portal tərəfindən 5 milyon avro olaraq göstərilir.