IMG-LOGO

Levandovski “Barselona”dan ayrıldığını AÇIQLADI

16 May 2026 16:26 4 baxış
IMG
0 0

Robert Levandovski mövsümün sonunda “Barselona” klubundan ayrılacağını açıqlayıb.

Lent.az xəbər verir ki, uldur futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb:

“Çətinliklər və gərgin zəhmətlə dolu dörd ildən sonra irəliləməyin vaxtı çatıb. Missiyamı yerinə yetirdiyimi hiss edərək ayrılıram. Dörd mövsüm, üç çempionluq titulu. Azarkeşlərdən ilk gündən gördüyüm sevgini heç vaxt unutmayacağam. Kataloniya mənim evimdir. Bu möhtəşəm dörd ildə tanıdığım hər kəsə təşəkkür edirəm. Karyeramın ən inanılmaz dövrünü yaşamaq imkanı yaratdığı üçün prezident Joan Laportaya xüsusi təşəkkürümü bildirirəm. “Barselona” layiq olduğu yerə qayıtdı”.

Cari mövsümdə polşalı hücumçu 44 oyunda meydana çıxıb, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.

İdman xəbərləri “Barselona” Levandovski futbol xəbərləri futbol

Xəbər lenti