IMG-LOGO

WUF13-də "ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu" mövzusunda infosessiya keçiriləcək

16 May 2026 16:28 3 baxış
IMG

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 17-də "Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu" mövzusunda infosessiya keçiriləcək.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bundan başqa, "AZCON Holding"in stendində (D15) dəmir yollarının urbanizasiyanın inkişafındakı roluna həsr olunmuş rəqəmsal təqdimatları olacaq.

"Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası" mövzusunda daha bir infosessiya isə mayın 19-da təşkil ediləcək.

Qeyd edək ki, ADY 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13 ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.

Xəbər lenti