IMG-LOGO

Azərbaycanda haqqında kino çəkilən deputat vəfat etdi

16 May 2026 17:20 6 baxış
IMG
1 0

Keçmiş deputat Milyaz Mirzəyev vəfat edib.

Lent.az xəbər verir ki, o, bu gün doğulduğu Qax rayonunda, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Milyaz Mirzəyev Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı olub. 1985-ci ildə onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasından bəhs edən "Arxalı dağlar" filmi çəkilib. Filmin rejissoru Adil Ələkbərovdur.

Sənədli film 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında ÜİXTNS-in gümüş Medalına layiq görülüb.

deputat film sənədli film SSRİ

Xəbər lenti