IMG-LOGO

"Arsenal" Mateuş Fernandeşi heyətinə qatmağı planlaşdırır

16 May 2026 17:11 3 baxış
IMG

İngiltərənin "Vest Hem" klubunun yarımmüdafiəçisi Mateuş Fernandeş karyerasını Premyer Liqanın digər təmsilçisi "Arsenal"da davam etdirə bilər.

"Report" xarici mediaya istinadən xəbər verir ki, "topçular" gözləntiləri doğrultmayan Kristian Norqorun əvəzinə 21 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırırlar.

"Vest Hem" portuqaliyalı yarımmüdafiəçinin satışından təxminən 100 milyon avro qazanmaq niyyətindədir. Futbolçu ilə Fransanın PSJ, İspaniyanın "Atletiko" və İngiltərənin "Mançester Yunayted" klubları da yaxından maraqlanırlar.

Qeyd edək ki, M.Fernandeş 2025/2026 mövsümündə bütün turnirlərdə 40 matçda meydana çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib.

Xəbər lenti