IMG-LOGO

Memarlıq və şəhərsalma sahəsində süni intellekt texnologiyalarına həsr olunan seminar keçirilib

16 May 2026 21:48 3 baxış
IMG

"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində memarlıq və şəhərsalma sahəsində süni intellekt texnologiyalarına həsr olunan seminar keçirilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Peşəkar memarlar və şəhərsalma ekspertlərinin iştirakı ilə təşkil olunan interaktiv sessiya zamanı iştirakçılar süni intellekt əsaslı vizuallaşdırma alətləri, rəqəmsal dizayn yanaşmaları və dayanıqlı şəhər həlləri ilə bağlı praktiki biliklər əldə ediblər", - məlumatda bildirilib.

Tədbirdə müasir texnologiyaların memarlıq və şəhərsalma proseslərinə inteqrasiyası, eləcə də qlobal şəhər gündəliyi çərçivəsində innovativ həllərin rolu ön plana çıxarılıb.

Xəbər lenti