IMG-LOGO

İsveç saxlanılan "Sea Owl I" tankerinin heyət üzvünün işini araşdırır

16 May 2026 22:48 3 baxış
IMG

İsveç Prokurorluğu 12 martda ölkənin ərazi sularında saxlanılan "Sea Owl I" tankerinin heyət üzvünə qarşı yeni istintaqa başlayıb.

"Report"un İsveç Sahil Mühafizəsinə istinadən məlumatına görə, o, saxta sənədlərdən istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.

Martın 12-də Sahil Mühafizəsinin əməkdaşları saxta bayraqdan istifadə etməkdə şübhəli bilinən gəmiyə minib. 228 metr uzunluğundakı "Sea Owl I" tankeri 2007-ci ildə inşa edilib və son illər Rusiya ilə Braziliya arasında neft məhsulları daşıyıb.

Gəmi Santosdan gəlib və yüksüz Primorska gedirmiş. Qeyd olunur ki, tanker Aİ-nin sanksiyalarına məruz qalıb, Kamerun bayrağı altında üzüb, lakin həmin ölkənin hakimiyyəti onun mənşəyini təsdiqləməyib.

Xəbər lenti