IMG-LOGO

"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub

17 May 2026 02:38 3 baxış
IMG

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası Asiya Çempionlar Liqasının ikinci divizionunun final matçında Yaponiyanın "Qamba" komandasına 1:0 hesabı ilə uduzub.

"Report"un məlumatına görə, matç Ər-Riyadda baş tutub.

Yeganə qolu 30-cu dəqiqədə Dəniz Hümmət vurub.

"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu bütün matçı meydanda keçirsə də, komandasının kuboku qazanmasına kömək edə bilməyib.

Klub keçən mövsüm turnirin yüksək divizionunun yarımfinalına çıxsa da, Səudiyyə Ərəbistanı Çempionatından keçə bilməyib.

Xəbər lenti