Həcc ziyarəti zamanı ölkəmizlə, xalqımızla bağlı çoxlu dualar edəcəm; Allah ölkəmizi, xalqımızı qorusun.
Bu sözləri "Report"a açıqlamasında Həcc ziyarətinə yola düşən zəvvar Kərəm Əliyev deyib.
"Dualar edəcəyəm ki, ölkəmizdə xeyir-bərəkət daha da bol olsun. Dünyada sülh olsun.
Həcc ziyarətinə anamla gedirəm. Xoş hisslərdir. İkimiz də ilk dəfədir Həccə gedirik. Allah bu ziyarəti arzusunda olan hər kəsə qismət eləsin", - o deyib.
Bu gün Azərbaycanlı zəvvarların bir qrupu Həcc ziyarətinə yola düşəcək. Zəvvarlar Heydər Əliyev Hava Limanından Həccə gedəcəklər.
Qeyd edək ki, mayın 27, 28-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.