Həcc ziyarətinə getməyi çoxdan arzulayırdım. Şükür ki, ziyarət bu gün mənə də nəsib oldu.
Bu sözləri "Report"a açıqlamasında Həcc ziyarətinə yola düşən zəvvar Sevinc Vəliyeva deyib.
O, digər zəvvarlar kimi sevincini büruzə verib: "Xoş hisslər keçirirəm, həyəcanlıyam. Arzuma çatıram. Buna görə də çox sevinirəm.
Həccə həyat yoldaşım və baldızımla gedirəm. Orada elimiz, xalqımız üçün dualar edəcəyəm. Həcc ziyarəti arzulayan hər kəsə bu yolu nəsib etsin. İnşallah sağ-salamat qayıdıb gələrik".
Qeyd edək ki, bu gün Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşəcək. Belə ki, 180 zəvvar Heydər Əliyev Hava Limanından Həccə gedəcək. Builki ziyarətdə azərbaycanlı zəvvarlar üçün 1 150 kvota yeri ayırıb. Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib.
Mayın 27, 28-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.