IMG-LOGO

Yaşıl çay qaraciyərə zərər verə bilər - XƏBƏRDARLIQ

17 May 2026 09:35 5 baxış
IMG
50 0

Yaşıl çay sağlamlıq üçün olduqca faydalı hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta bu içkinin də bəzi yan təsirləri ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər apardığı araşdırma nəticəsində çay kolu bitkisinin tərkibində bəzi botanik toksinlər mövcudluğu məlum olub. Bu maddələr bəzi insanlarda metabolik reaksiyaya səbəb olaraq qaraciyərə zərər verə bilər.

Araşdırmanın məlumatına görə, yaşıl çay ekstraktı səbəbindən qaraciyər iltihabı ilə bağlı yüzdən çox hal qeydə alınıb. Bəzi hallarda yaşıl çayın istifadəsi, xüsusilə qadınlarda, hətta qaraciyər çatışmazlığına qədər gətirib çıxarıb.

Araşdırmalar zamanı məlum olub ki, yaşıl çayın səbəb olduğu qaraciyər iltihabı və çatışmazlığı hallarına  olduqca nadir rast gəlinir. Buna görə də bu içkidən tam imtina etməyə ehtiyac yoxdur. Lakin onu həddindən artıq istifadə etmək də tövsiyə edilmir.  

yaşıl çayın faydası və zərəri

Xəbər lenti