"Sabah" yaxşı formada olan "Neftçi"yə uduzub.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"yə qarşı Misli Premyer Liqasının XXXII turunun oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Biz Azərbaycan Kubokunun qalibi olduqdan sonra bunu qeyd etdik, sevindik. Həmin matçdan sonra bu görüşə köklənmək bir qədər çətin idi. "Neftçi" ilə qarşılaşmada az forma şansı qazanan oyunçulara şans verdik. Baxmayaraq ki, məğlub olduq. Bu gün ölkə çempionluğumuzu qeyd etmək və bunun sevincini yaşamaq istəyirik. Bu gün çox yaxşı formada olan "Neftçi"yə uduzduq".
Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə bitib.