IMG-LOGO

Yuri Vernidub: "Avrokuboklara vəsiqə qazanmağın çətin olduğunu bilirdik"

17 May 2026 20:20 3 baxış
IMG

"Neftçi" üçün avrokuboklara düşmək asan olmayıb.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının XXXII turunda "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra mətbuat konfransında deyib.

Mütəxəssis UEFA Konfrans Liqasına vəsiqə qazanmaları barədə danışıb:

"Bura gələndə qarşıma "Neftçi"nin avrokuboklara vəsiqə qazanması vəzifəsi qoyulmuşdu. Bilirdim ki, dördüncü pillədən çox uzaqdayıq. Gəldiyim ərəfədə Premyer Liqada qış fasiləsi yarandı. Elə oldu ki, toplanışa yollandıq və komandanın hər bir üzvü ilə fərdi tanış olmaq imkanı əldə etdim. Onlarla söhbət etdim. Lakin çətin olacağını bilirdim. Biz çox çalışmalı idik. Çox çalışdıq da. Tanrı səni əziyyətinə görə mükafatlandırır. Bu gün çox xoşbəxtəm. Biz "Neftçi"yik, bizə qələbə yaraşır".

Xəbər lenti