IMG-LOGO

“Qalatasaray” mövsümü məğlubiyyətlə başa vurdu

17 May 2026 23:16 2 baxış
IMG
0 0

Türkiyə Super Liqasında mövsümə yekun vurulub.

Apasport.az xəbər verir ki, XXXIV turun son matçları bu gün keçirilib.

Çempion "Qalatasaray" mövsümü məğlubiyyətlə başa vurub. Komanda səfərdə "Kasımpaşa"ya məğlub olub - 0:1.

Gümüş medalçı "Fənərbaxça" "Eyüpspor"u qəbul edib. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:3.

Turun sensasiyası Trabzonda baş verib. "Trabzonspor" "Gənclərbirliyi"nin qarşısında aciz qalıb. Qonaqlar 3:0 hesablı qələbəyə sevinib.

Qalatasaray

Xəbər lenti