IMG-LOGO

Çin ABŞ-dən hər il 17 milyard dollarlıq kənd təsərrüfatı məhsulları alacaq

17 May 2026 23:07 4 baxış
IMG

Çin üç il ərzində ABŞ-dan ən azı 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları almağı öhdəsinə götürüb.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda bildirilib.

"Soya alışı öhdəliklərinə əlavə olaraq, Çin 2026, 2027 və 2028-ci illərdə hər il ən azı 17 milyard dollar dəyərində ABŞ kənd təsərrüfatı məhsulları alacaq", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunub ki, Çin Amerika mal əti bazarına çıxışını bərpa edib və ABŞ-dən quş əti idxalı edəcək.

Xəbər lenti