ABŞ Prezidenti Donald Tramp həftəsonu Vaşinqtonun İranla bağlı mümkün gələcək hərəkətlərini müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüş keçirib.
"Report" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Qeyd olunub ki, görüş şənbə günü Virciniyadakı Amerika liderinin qolf klubunda baş tutub.
Görüşdə iştirak edənlər arasında vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və prezidentin xüsusi elçisi Stiv Uitkoff da olub.
Ağ Ev rəhbərinin bu həftənin sonlarında milli təhlükəsizlik komandasının nümayəndələri ilə yenidən görüşməsi gözlənilir.
Pentaqon isə öz növbəsində Trampın hərbi əməliyyatları bərpa etmək qərarına gələcəyi təqdirdə İrana qarşı bir neçə hücum planı hazırlayıb. "CNN"in məlumatına görə, hədəflər siyahısına İranın enerji obyektləri və infrastrukturu daxildir.