IMG-LOGO

Yaponiya Sakit Okeanda müşahidəni dronlarla gücləndirəcək

18 May 2026 07:08 4 baxış
IMG

Yaponiya hökuməti Sakit Okeanda müşahidəni gücləndirmək üçün erkən xəbərdarlıq radarlarına malik pilotsuz uçuş aparatlarının yerləşdirilməsi imkanlarını araşdırır.

"Report" xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, söhbət 2027-ci ilə qədər Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə təhvil verilməsi planlaşdırılan Amerikanın "MQ-9B Sea Guardian" dronlarından gedir.

"MQ-9B Sea Guardian" uzun müddət davamlı uçuş aparır və təxminən 4900 km məsafə qət edir. Dronların İvodzima və Minamitori adalarında yerləşməsi gözlənilir.

Qəzet qeyd edir ki, Tokio Sakit Okeanda gücləndirilmiş monitorinqə ehtiyacı Çinin regionda artan fəaliyyəti ilə əlaqələndirir. Müvafiq müddəaların Yaponiyanın ilin sonuna qədər tamamlamağı planlaşdırdığı yenilənmiş milli təhlükəsizlik sənədlərində əks olunacağı gözlənilir.

Xəbər lenti