IMG-LOGO

Astana və Bakı urbanistika sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq - EKSKLÜZİV

18 May 2026 10:50 3 baxış
IMG

Astana və Bakı rahat şəhər mühitinin inkişafına xüsusi diqqət yetirilməklə urbanistika və fasadların renovasiyası sahəsində əməkdaşlıq haqqında memorandum imzalamaq niyyətindədir,

Bu barədə "Report"a Astana Urbanistika Mərkəzinin direktor müavini Daniyar Çindaliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bəyan edib.

Çindaliyev vurğulayıb ki, Astana şəhərinin akimi Jenis Kasımbek bu gün WUF13-də iştirak etmək üçün Bakıya gəlib.

"Nümayəndə heyətinin görüşü planlaşdırılıb. Məndə olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətində də görüş keçiriləcək. Urbanistika və fasadların renovasiyası məsələlərinə dair memorandumun imzalanması nəzərdə tutulur. Biz bunda çox maraqlıyıq", - o deyib.

Xəbər lenti