İtaliyanın "Yuventus" klubunun hücumçusu Duşan Vlahoviç "Arsenal"ın (İngiltərə) transfer siyahısına düşüb.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "topçular" 26 yaşlı futbolçunu azad agent kimi heyətə qata bilərlər.
Serbiyalı forvardın Turin klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır və onun yayda komandadan ayrılacağı gözlənilir. London təmsilçisi ilə yanaşı, İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və Almaniyanın "Bavariya" klubları da futbolçunun xidmətində maraqlıdır.
Xatırladaq ki, D.Vlahoviç 2025/2026 mövsümündə "Yuventus"un heyətində meydana çıxdığı 18 matçda 5 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.