IMG-LOGO

UN-Habitat: Bakıdakı "Urban Expo" WUF tarixində ən böyük sərgi olub

18 May 2026 14:48 3 baxış
IMG

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Urban Expo" bütün WUF tarixində ən böyük sərgi olub.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, Bakıdakı "Urban Expo" dünyanın 66 ölkəsindən 217-dən çox təşkilatı bir araya gətirib.

Xatırladaq ki, bu gün Bakıda WUF13 çərçivəsində "Urban Expo" sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Xəbər lenti