IMG-LOGO

Bəqai: İranın futbol millisi ABŞ, Kanada və Meksikaya səfər edəcək

18 May 2026 16:04 4 baxış
IMG

İranın futbol millisi ABŞ, Meksika və Kanadada 11 iyundan 19 iyula kimi keçiriləcək dünya çempionatında iştirak edəcək.

"Report" xəbər verir ki, bunu İranın XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransı zamanı bəyan edib.

Onun sözlərinə görə, İranın silahlı münaqişə vəziyyətində olduğu ABŞ-da keçiriləcək turnirdə komandanın iştirakı barədə qərar Beynəlxalq Futbol Federasiyasının (FIFA) İran idmançılarının bütün hüquqlarının qorunmasına zəmanət verməsindən sonra qəbul edilib.

"İranın millisinin dünya çempionatında iştirakı barədə qərar İdman və Gənclər Nazirliyinin və futbol federasiyasının qiymətləndirmələri əsasında qəbul edilib. Türkiyədə İran Futbol Federasiyasının nümayəndələri ilə FIFA-nın yüksək vəzifəli rəhbərləri arasında yaxşı görüş keçirilib. Bizə zəmanət verilib ki, FIFA turnir sahiblərinin reqlamentlərə riayət etməsini təmin etmək üçün bütün səyləri göstərəcək", - o qeyd edib.

Xəbər lenti