IMG-LOGO

Qebreyesus: Hantavirusa yoluxma hallarının sayı 11-ə çatıb

18 May 2026 15:49 3 baxış
IMG

"MV Hondius" kruiz laynerinin daha bir sərnişinində karantində olduğu müddətdə hantavirus simptomları aşkar edilib və beləliklə, yoluxma hallarının sayı yenidən artaraq 11-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində bildirib.

"Kanar adalarından gəmi ilə gələn heyət indi 42 günlük karantində olacaq, gəmi isə tam təmizlənmə və dezinfeksiyadan keçəcək. Ümumilikdə, üç ölüm halı da daxil olmaqla 11 hal (9-u təsdiqlənmiş, 2-si ehtimal olunan) qeydə alınıb. Sonuncu təsdiqlənmiş hal da sərnişində olub. Bu şəxs repatriasiya olunanlar arasında idi və karantində olarkən onda simptomlar yaranıb, hazırda isə o, klinik yardım alır", - o qeyd edib.

Xəbər lenti