IMG-LOGO

Keniya Prezidenti: "Beynəlxalq maliyyə arxitekturasının təcili islahatlara ehtiyacı var"

18 May 2026 15:49 3 baxış
IMG

Beynəlxalq maliyyə arxitekturasının təcili islahatlara ehtiyacı var.

"Report" xəbər verir ki, bunu Keniya Prezidenti Uillyam Samoei Ruto Ümumdünya Şəhərsalma Forumu (WUF) tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Afrika ölkələri və onların marjinal iqtisadiyyatları risk kimi bir amil ucbatından inkişaf sahəsində maliyyələşdirməyə çıxış üçün iki, üç, bəzən dörd dəfə artıq ödəyirlər: "Ciddi bir paradoks mövcuddur. 2050-ci ilə qədər dünya əhalisinin dörddə birinin yaşayacağı qitənin bu gün inkişafının stimullaşdırılması üçün güzəştli maliyyələşdirməyə çıxışı yoxdur. Bu paradoksu həll etmək lazımdır. Bu gün bizim səsimiz kifayət qədər eşidilmir, bizim kifayət qədər çıxışımız yoxdur".

Uillyam Samoei Ruto vurğulayıb ki, inkişaf üçün güzəştli maliyyələşdirməyə ehtiyacı olan ölkələr əslində digər ölkələrdən daha çox ödəyirlər: "Bax bunu düzəltmək lazımdır".

Xəbər lenti