İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans-Diter Flikin müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
61 yaşlı almaniyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Hans-Diter Flik 2024-cü ildən "Barselona"da işləyir. O, komanda ilə iki dəfə La Liqanın, bir dəfə ölkə kubokunun, iki dəfə Superkubokun qalibi olub.