IMG-LOGO

"Mercociudades" şəhər gündəliyini təşviq etmək üçün MINURVI ilə səyləri birləşdirməyi təklif edib

18 May 2026 18:03 3 baxış
IMG

"Mercociudades" şəhərlər şəbəkəsi (Cənubi Amerikada yerli hakimiyyət orqanlarının ən böyük şəbəkəsi) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün Yeni Şəhər İnkişafı Proqramı üzrə öz mövqeyini formalaşdırıb.

"Report" xəbər verir ki, bunu şəbəkənin icraçı katibi Lautaro Lorentso WUF13 çərçivəsində keçirilən Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunda (MINURVI) bildirib.

"MINURVI-nin növbəti assambleyası bu ilin dekabr ayında Kanelones şəhərində olacaq. Bu kontekstdə biz MINURVI ilə "Mercociudades" Assambleyası arasında qarşılıqlı fəaliyyət qurmaq istərdik. Əvvəlki assambleya regionun 500 yerli özünüidarəetmə orqanını bir araya gətirmişdi, ona görə də bu, olduqca əhəmiyyətli bir platforma olacaq. WUF13 Uruqvayın təqdim etdiyi mühüm imkanı açır. WUF13 ərəfəsində biz şəhərlərimizi yeni şəhər gündəliyi, eləcə də mənzil həllərinin sürətləndirilməsi üzrə mövqe formalaşdırmağa çağırdıq. Çünki Latın Amerikası bu sahədə zəngin konkret təcrübəyə malikdir. Düşünürəm ki, maneələrin aradan qaldırılması və bu prosesin sürətləndirilməsi baxımından şəhərlərin təklif edəcəyi çox şey var", - L.Lorenso bildirib.

Xatırladaq ki, MINURVI-nin XXXIV Baş Assambleyası ötən il Brictaunda (Barbados) keçirilib.

Xəbər lenti