IMG-LOGO

"Enterprise Azerbaijan" portalının "Startup School 4" proqramına seçilən layihələr açıqlanıb

18 May 2026 17:27 3 baxış
IMG

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının həyata keçirdiyi "Startup School 4: Beş qitə – 500 startap" qlobal innovasiya proqramına seçilən startapların siyahısı açıqlanıb.

"Report" Mərkəzə istinadən xəbər verir ki, onlar 15 ölkənin 40-a yaxın şəhərini əhatə edir.

Proqramda iştirak hüququ qazanan startaplara növbəti mərhələdə qlobal ekosistemin qabaqcıl təcrübələrinə əsasən təlim və mentorluq xidmətləri göstəriləcək.

"Startup School 4: Five Continents – 500 Startups" proqramı 5 qitədən (Amerika, Afrika, Avropa, Asiya, Avstraliya) 40-dan çox təşkilatla əməkdaşlıq edir. Onlardan 9-u vençur fond, digərləri texnologiya şirkətləridir.

"Startup School 4" proqramının qlobal innovasiya ekosistemindən tərəfdaşları "Synapses Ventures", "TechDev Academy", "One Bsc Gate" (ABŞ); "Silk Road High Tech Park Association" (Çin); "Khyber Pakhtunkhwa Board of Investment and Trade" (Pakistan); "The Caucasus-Asia Center" (Hindistan); ATUİAB (Özbəkistan); "DELPHI LTD" (Madaqaskar), "New Mansoura University" (Misir), "Leadership and Good Governance Institute", "Ethiopian Public Service University" (Efiopiya) (Afrika); "MH INSPIRES PTY LTD" (Avstraliya); "LICORNE GULF investment" (Qətər); "Deep Tech Foundry", "Bold Future Global" (Malta); "The Brutally Honest Ecosystem" (Finlandiya); "BeHumbo" (Estoniya); "BuzzFactory" (Rusiya), OSTİM Texniki Universiteti, Kapadokya Texnoparkı, Niğde Universiteti Texnoparkı, "Fauna Venture Studio" (Türkiyə) və sair qurumlardır.

Layihənin yerli tərəfdaşları isə Əqli Mülkiyyət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, "Caucasus Ventures", "SABAH.HUB", Innoland İnkubasiya və Akselerasiya Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi, "Founder Club", "Yeni Fikir", "Coders Azerbaijan", "BERC&Partners", "Innovation Management and TRIZ Institute" MMC və media tərəfdaşları "Real TV", "Report" müstəqil informasiya agentliyi, "Trend" İnformasiya Agentliyi, "Edumap" Təhsil Portalıdır.

"Startup School 4" layihəsinin yekun mərhələsi olan "Demo Day" tədbirinin 30-31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək "TEI Forum 2026" çərçivəsində həmin tədbirlə eyni məkan və tarixdə təşkil olunması nəzərdə tutulur. Beləliklə, startaplar "Demo Day" tədbirində 500-dən çox sahibkar, investor və biznes nümayəndəsi ilə birbaşa əlaqə qurmaq, potensial tərəfdaşlıqlar yaratmaq və investisiya imkanlarını genişləndirmək üçün unikal imkanlara sahib olacaqlar.

"Startup School 4" çərçivəsində indiyədək 50-ə yaxın təlim və infosessiya keçirilib. Bu görüşlərdə 3 000-dən çox iştirakçı qeydə alınıb.

Xəbər lenti