Sadə 30 saniyəlik test yaşlı dövrdə sağlamlıq vəziyyətinin və erkən ölüm riskinin etibarlı göstəricisi ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, insanın tez oturub-qalxmaq bacarığı onun real əzələ gücünü əks etdirir və bu göstərici hospitalizasiya və ciddi zədələr riski ilə birbaşa əlaqəlidir.
Eksperiment zamanı alimlər qrupu yaşı 65-dən yuxarı olan 1876 nəfəri müşahidə edib. İştirakçılar 30 saniyə ərzində stuldan mümkün qədər çox dəfə oturub qalxmalı olublar. Tədqiqatçılar nəticələri saniyəölçən vasitəsilə qeydə alıblar.
Daha sonra bu məlumatlar iştirakçıların boy və çəkisi ilə birlikdə hesablanaraq hər kiloqram çəkiyə düşən vatt göstəricisinə çevrilib.
Araşdırma nəticəsində məlum olub ki, əzələ gücü aşağı olan insanların yaşıdlarına nisbətən erkən ölüm riski xeyli yüksəkdir.
sağlıq erkən ölüm riskini üzə çıxaran sadə test