IMG-LOGO

WUF13: Meksika pavilyonundan maraqlı görüntülər

18 May 2026 17:58 5 baxış
IMG
0 0

Meksika Şəhəri Hökuməti Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) “Urban Expo” sərgisində öz pavilyonunun açılışını edib.

Lent.az xəbər verir ki, açılış mərasimində Meksikanın hökumət nümayəndələri, Latın Amerikası və Karib hövzəsi ölkələrinin nümayəndə heyətləri, eləcə də beynəlxalq tərəfdaşları bir yerə toplaşıb.

Pavilyonda dayanıqlı şəhərsalma, ictimai məkanlar, mobillik, inklüzivlik və insan mərkəzli şəhər siyasətləri ilə bağlı təşəbbüs və təcrübələr nümayiş etdirilir, eyni zamanda, region üzrə dialoq və uğurlu təcrübələrin mübadiləsi təşviq olunur.

Pavilyonda Latın Amerikası şəhərlərinin mənzil təminatı, bərabərsizlik və iqlim dəyişikliyi kimi ortaq şəhər problemlərinin həlli, həmçinin WUF14-ə gedən yolda regional əməkdaşlığın gücləndirilməsi perspektivlərinin müzakirə olunması gözlənilir.

Pavilyondan maraqlı görüntüləri təqdim edirik: 

Sizin brauzer video tagını dəstəkləmir. WUF13

Xəbər lenti