IMG-LOGO

Emin Əmrullayev "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

18 May 2026 20:24 3 baxış
IMG

Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Microsoft" şirkətinin Qlobal Təhsil üzrə direktoru Dina Qobaşi arasında ikitərəfli görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Görüş zamanı təhsil sahəsində rəqəmsal transformasiya, süni intellekt həllərinin tədris prosesinə inteqrasiyası, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafı və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər həmçinin "Microsoft" şirkətinin Azərbaycanda həyata keçirdiyi təşəbbüslərə də toxunublar. Şirkət tərəfindən "Rəqəmsal məktəb"də tətbiq edilən imkanların genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Xəbər lenti