IMG-LOGO

Antonio Rüdiger "Real"la müqaviləsinin müddətini uzatmağa razılıq verib

18 May 2026 21:59 2 baxış
IMG

Müdafiəçi Antonio Rüdiger İspaniyanın "Real" klubu ilə müqaviləsinin müddətini uzatmağa razılıq verib.

"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı almaniyalı futbolçunun yeni sözləşməsi 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Mənbənin məlumatına əsasən, futbolçu son illərdə digər klublardan, o cümlədən Səudiyyə Ərəbistanından sərfəli təkliflər alıb. Buna baxmayaraq, o, karyerasını Madriddə davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən "Real"ın formasını geyinir. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir. Rüdiger Madrid təmsilçisinin heyətində keçirdiyi 182 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər lenti