IMG-LOGO

Fidan: Türkiyə-Almaniya tərəfdaşlığı Avropanın sabitliyi baxımından böyük önəm daşıyır

18 May 2026 21:33 2 baxış
IMG

Türkiyə ilə Almaniya arasındakı çoxşaxəli tərəfdaşlıq Avropanın sabitliyi və rifahı baxımından böyük önəm daşıyır.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyaya səfərinə dair "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.

H. Fidan üçüncüsü keçirilən Türkiyə-Almaniya Strateji Dialoq Mexanizmi Toplantısının iki ölkənin əməkdaşlığı daha da irəliyə aparmaq istiqamətindəki ortaq iradəsini ortaya qoyduğunu qeyd edib.

Onun sözlərinə görə, Türkiyə və Almaniya müdafiə sənayesi, iqtisadiyyat, enerji və bu kimi sahələrdəki əməkdaşlığı konkret layihələr və qarşılıqlı investisiyalarla dərinləşdirməyə davam edəcək.

"Müttəfiqimiz Almaniya ilə ikitərəfli, regional və beynəlxalq mövzulardakı yaxın koordinasiya və əməkdaşlığımızı qətiyyətlə davam etdirəcəyik", - nazir vurğulayıb.

Qeyd edək ki, H. Fidan Berlində səfərdədir.

Xəbər lenti