IMG-LOGO

I Liqanın qalibi olan "Şəfa" mükafatlandırılacaq

18 May 2026 22:16 4 baxış
IMG

Azərbaycan I Liqasında 2025/2026 mövsümünün qalibi olan "Şəfa" komandası mükafatlandırılacaq.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mükafatlandırma mərasimi mayın 22-də XXVII turun "Zaqatala" – "Şəfa" oyunundan sonra gerçəkləşəcək.

Binə qəsəbə stadionunda baş tutacaq qarşılaşmanın ardından mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.

Xəbər lenti