IMG-LOGO

Miroslav Kloze "Latsio" klubunu çalışdıra bilər

19 May 2026 00:00 4 baxış
IMG

Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze İtaliyanın "Latsio" klubunu çalışdıra bilər.

"Report" "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, hazırkı baş məşqçi Mauritsio Sarri istefaya göndəriləcəyi təqdirdə, 47 yaşlı çalışdırıcı Roma təmsilçisinin "sükanı arxası"na keçə bilər.

"Latsio" rəhbərliyi komandanın cari mövsümki nəticələrindən olduqca narazıdır. Bu səbəbdən yeni mütəxəssisin komandaya cəlb olunması istisna edilmir.

Qeyd edək ki, Kloze futbolçu karyerasını 2016-cı ildə "Latsio" da başa vurub.

Xəbər lenti