IMG-LOGO

Tramp İrana sabah zərbə endirilməsi planlarından imtina edib

18 May 2026 23:21 5 baxış
IMG

Vaşinqton Administrasiyasının rəhbəri Donald Tramp bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə İrana mayın 19-da zərbə endirmə planlarından imtina edib.

"Report" xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Qətər Əmiri Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan mənə müraciət edərək xahiş etdilər ki, sabaha təyin edilmiş İrana qarşı planlaşdırdığımız hərbi hücumu dayandıraq, çünki hazırda ciddi danışıqlar aparılır və böyük liderlər və müttəfiqlər kimi, onların fikrincə, həm ABŞ, həm də bütün Yaxın Şərq ölkələri və onun hüdudlarından kənardakılar üçün tamamilə məqbul olacaq bir razılaşma əldə ediləcək", - Tramp yazıb.

Bununla əlaqədar olaraq o, ABŞ-nin müdafiə qurumlarına sabahkı hücumu ləğv etməyi tapşırıb. Amerika liderinin sözlərinə görə, razılaşmaya İranın nüvə silahı hazırlamaqdan imtina etməsi daxil olacaq.

"Lakin mən əlavə olaraq göstəriş verdim ki, məqbul bir razılaşma əldə olunmayacağı təqdirdə, onlar (qurumlar - red.) istənilən an İrana qarşı tammiqyaslı, böyük bir hücuma başlamağa hazır olsunlar", - deyə o yekunlaşdırıb.

Xəbər lenti