IMG-LOGO

"Politico": ABŞ Kubaya qarşı hərbi əməliyyat ehtimalını müzakirə edir

19 May 2026 03:40 2 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın administrasiyası ada dövlətinə qarşı sanksiya təzyiqinin iflasa uğraması fonunda Kubaya qarşı hərbi güc tətbiq etmək imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Politico" qəzeti yazıb.

"Kubaya münasibətdə ilkin plan belə bir ehtimala əsaslanırdı ki, gücləndirilmiş sanksiyaların - faktiki olaraq neft blokadasının ABŞ-nin Venesuela və İrandakı hərbi nailiyyətləri ilə birləşməsi Kuba tərəfini qorxmağa və danışıqlara razılaşmağa məcbur edəcək. Lakin İran ətrafındakı vəziyyət plana uyğun cərəyan etmədi, kubalılar isə gözlənildiyindən xeyli çox dözümlülük nümayiş etdirdilər", - nəşr bildirib.

Vurğulanıb ki, hazırda ABŞ-nin Kuba ərazisinə hərbi müdaxiləsi mövzusu gündəlikdə "əvvəllər heç vaxt olmadığı qədər kəskin" dayanır.

Daha əvvəl Kuba Prezidenti Miqel Dias-Kanel Vaşinqtondan onun dövlətinin ünvanına gələn hərbi təhdidlərin əvvəllər görünməmiş miqyasa çatdığını bəyan etmişdi.

Xəbər lenti