IMG-LOGO

İlham Əliyev: Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə dünyada birinci yerdəyik

19 May 2026 08:54 3 baxış
IMG

Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə deyib.

Prezident qeyd edib ki, Avropa İttifaqının 10 üzv dövləti Azərbaycanın müştərisidir:

"Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır".

Xəbər lenti