IMG-LOGO

Ucarda oğul anasını traktorla vurub öldürdü

19 May 2026 09:10 4 baxış
IMG
0 0

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. 

Lent.az xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 

Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub. 

Ağır xəsarət alan A. Abbasova həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov.

hadisə Ucarda oğul anasını traktorla vurdu

Xəbər lenti