IMG-LOGO

Rusiyada binaya dron HÜCUMU: azərbaycanlı uşaq həlak oldu - VİDEO

19 May 2026 10:28 3 baxış
IMG
0 0

Ukrayna pilotsuz uçan aparatlarının (PUA) Rusiyada yaşayış binasına hücumu zamanı azərbaycanlı uşaq həlak olub.

Lent.az xəbər verir ki, hadisə mayın 15-də Ryazan şəhərində qeydə alınıb.

Məlumata görə, binaya dron hücumu zamanı Ağcabədi rayon sakini olan 8 yaşlı Sevinc Quliyeva həlak olub. O, mayın 16-da Qaraxanlı kəndində dəfn edilib.

Qeyd edək ki, binaya dron hücumu zamanı 1-i uşaq olmaqla, 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr Rusiya-Ukrayna müharibəsi dron hücumu azyaşlı qız meyit

Mənbə: lent.az

Xəbər lenti