İtaliyanın "İnter" klubunun müdafiəçisi Denzel Dumfris karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
"Report" insayder Nikolo Skiraya istinadən xəbər verir ki, "Liverpul" rəhbərliyi niderlandlı futbolçunu yay "transfer pəncərəsi"ndə heyətinə qatmağı planlaşdırır.
Oyunçunun müqaviləsində 25 milyon avro təzminat məbləği qeyd olunub. Müdafiəçi 2021-ci ilin yayından İtaliya klubunun şərəfini qoruyur.
Qeyd edək ki, D.Dümfris cari mövsümdə "İnter"in heyətində meydana çıxdığı 28 matçda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mənbə: report.az