Bu gün neokolonializm dünyada ciddi problemlər yaradır.
Bunu "Report"a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
O qeyd edib ki, bu məsələdə əsas elementlərdən biri də urbanizasiyadır:
"Beynəlxalq təşkilatlara burada keçirilən tədbirlər və hazırladığımız hesabatlar vasitəsilə çatdırmaq istəyirik ki, neokolonializmin müxtəlif sahələrdə çox böyük fəsadları var və bu, ciddi böhranlara səbəb olur. Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda da urbanizasiya sahəsində kolonializmin yaratdığı problemləri dünya ictimaiyyətinə çatdırmaq vacibdir".
Mənbə: report.az